...

Qırğızıstan parlamenti "Manas" aviabazasından bütün koalisiya qüvvələrinin çıxarılması barədə qərar qəbul edib

Siyasət Materials 6 Mart 2009 13:18 (UTC +04:00)
Qırğızıstan parlamenti "Manas" aviabazasından bütün koalisiya qüvvələrinin çıxarılması barədə qərar qəbul edib

Qırğızıstan parlamenti Əfqanıstanda antiterror əməliyyatlarda iştirak edən 11 ölkənin hərbi kontingentinin "Manas" aeroportunun aviabazasında yerləşdirilməsi barədə sazişin ləğv edilməsi barədə qanun layihəsini təsdiq edib. Bu barədə RİA Novosti xəbər verib.

Qırğızıstan hökuməti tərəfindən təklif olunan Avstraliya, Danimarka, İtaliya, İspaniya, Koreya, Niderland, Norveç, Yeni Zelandiya, Polşa, Türkiyə və Fransa ilə imzalanan sazişin ləğv edilməsi barədə qanun layhiəsinin lehinə 80 deputat səs verib, bir nəfər əleyhinə olub, bir nəfər isə bitərəf qalıb.

Qırğızıstan Jorqu Keneşinin (bir palatalı parlament) üç əsas komitəsi və Qırğızıstanın 90 yerlik parlamentində 71 mandata malik olan "Ak Jol" hakim partiya fraksiyası dünən keçirilən növbədənkənar iclaslarında qanunlar paketini təsdiq ediblər.

Xəbər lenti

Xəbər lenti