...

Azərbaycanda Beynəlxalq Qadınlar Günü qeyd olunur

Siyasət Materials 8 Mart 2009 00:00 (UTC +04:00)
Azərbaycanda Beynəlxalq Qadınlar Günü qeyd olunur

Azərbaycan, Bakı, 8 mart / Trend / Bazar günü Azərbaycanda Beynəlxalq Qadınlar Günü qeyd ediləcək.

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Zetkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci beynəlxalq konfransında (Kopenhagen) qərara alınmışdır. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilmişdir. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı. 
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin bu günü sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunmuşdur. 
Azərbaycanda, müstəqillik əldə edildikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur. 
Bayram bazar gününə təsadüf etdiyi üçün martın 9-u iş günü olmayacaq. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] 


Xəbər lenti

Xəbər lenti