...

İki ingilis klubu - "Liverpul" və "Çelsi" - Çempionlar Liqasının ¼ mərhələsinə vəsiqə qazandılar

Siyasət Materials 11 Mart 2009 01:40 (UTC +04:00)
İki ingilis klubu - "Liverpul" və "Çelsi" - Çempionlar Liqasının ¼ mərhələsinə vəsiqə qazandılar

Çempionlar Liqasının 1/8 mərhələsinin ilk oyun günündən sonra iki ingilis klubu - "Liverpul" və "Çelsi" -  növbəti mərhələyə vəsiqə qazandılar.

"Liverpul" qonar meydanda "Real" üzərində qələbəsindən sonra (1-0), doğma divarlar arasında kral klubunu 4-0 hesabı ilə darmadağın etdi.

London "Çelsisi" öz meydanında Turinin "Yuventus" klubuna qalib gəldikdən sonda (1-0), İtaliyada 2-2 hesabı ilə heç-heçəyə nail oldu.

¼ final mərhələsinin üçüncü iştirakçısı Münhenin "Bavariya" klubu oldu. Almanlar qonaq meydanda Portuqaliyanın  "Sportinq" klubunun qapısına vurduqları beş cavabsız topa, doğma azarkeşlər qarşısında daha yeddisini əlavə etdilər. Portuqallar ümumilikdə 12 topa yalnız biri ilə cavab verə bildilər.

İspaniyanın "Vilyareal" klubu öz meydanında heç heçədən sonra (1-1) Yunanistanda yerli "Panatinaykosa" 2-1 hesabı ilə qalib gəlib Çempionlar Liqasında yolunu davam etdirdi.

Xəbər lenti

Xəbər lenti