...

Azərbaycanda dəmiryol stansiyasında silah-sursat aşkarlanıb

Siyasət Materials 11 Mart 2009 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda dəmiryol stansiyasında silah-sursat aşkarlanıb. DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Yalama Dəmir Yol Stansiyası ərazisindən 4 ədəd ov tüfəngi, 5 ədəd qumbara, 1 ədəd süngübıçaq, 1 ədəd işarəverici fişəng, 2 ədəd əleyhiqaz, 16 ədəd giliz, 36 ədəd müxtəlif çaplı güllə və 2 ədəd güllə darağı tapılıb.

Samux  rayon polis şöbəsinin əməkdaşları isə rayon ərazisindən 1 ədəd "AK" silahı, 3 ədəd qumbara, 1 ədəd mərmi, 1 ədəd tüstüverici şaşka, 1 ədəd süngübıçaq, 1 ədəd hərbi çanta, 158 ədəd avtomat gülləsi və 3 ədəd güllə darağı tapıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti