...

Azərbaycan prezidenti Türkiyə prezidenti ilə görüşüb

Siyasət Materials 12 Mart 2009 00:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend / Martın 11-də Tehranda Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Xəbəri AzərTac dövlət agentliyi yayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının regional əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğuladılar.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti