...

Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ilk iclası Bakıda keçiriləcək

Siyasət Materials 12 Mart 2009 09:00 (UTC +04:00)
Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ilk iclası Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir N.Abdullayeva /
Azərbaycan və Ukrayna Prezidentlər Şurasının ilk iclası Ukrayna prezidenti Viktor Yuşşenkonun ilkin olaraq aprelin 9-10-na təyin edilən Azərbaycana səfəri zamanı Bakıda keçiriləcək. Bu barədə çərşənbə günü Trend -a Ukraynanın Azərbaycandakı səfirliyinin müşaviri Gennadi Şalyev məlumat verib.
Azərbaycan və Ukrayna Prezidentləri Şurası iki dövlət rəhbəri tərəfindən Nizamnamə imzalanması ilə 2008-ci ilin mayında yaradılıb. Şuranın sədrləri İlham Əliyev və Viktor Yuşşenkodur. Şuranın hər bir bölməsinin tərkibinə təqribən altı üzv daxildir. Şurada üzvlərin tərkibi müzakirə olunan məsələlərdən asılı olaraq prezidentlər tərəfindən müəyyən olunur. Şuranın vəzifələri Ukrayna və Azərbaycan arasında siyasi və strateji münasibətlərin formalaşdırılması, Ukrayna-Azərbaycan münasibətləri məsələsi və qarşılıqlı maraq kəsb edən beynəlxalq mahiyyətli məsələlər üzrə məsləhətləşmələrin aparılması, həmçinin yüksək səviyyədə əldə olunan razılaşmaların icrası üzərində nəzarətdən ibarətdir.
İlk iclasın gündəliyi iki dövlət ekspertləri səviyyəsində hazırlanır.
Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı ikitərəfli və regionl əməkdaşlıq üzrə bir sıra məsələlərin müzakirəsi gözlənilir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci il ərzində Azərbaycan və Ukrayna arasında mal dövriyyəsi 739,3 mln. dollar təşkil edib. Bu göstəricinin 172,1 mln. dolları Azərbaycandan ixracın, 567,2 mln. dolları isə Ukrayna mallarının ölkəyə idxalının payına düşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti