...

Azərbaycan hərbiçilərindən ibarət nümayəndə heyəti Tbilisidəki aviasiya və tank təmiri zavodlarının imkanları ilə tanış olur

Siyasət Materials 12 Mart 2009 20:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 mart / Trend , müxbir N.Kirtsxaliya /

Azərbaycan Müdafiə Nazirliyinin silahlanma üzrə ekspertləri Gürcüstanın Müdafiə Nazirliyindədirlər, - Gürcüstan MN-dən Trend -a verilən məlumatda deyilir. Azərbaycan hərbiçilərindən ibarət nümayəndə heyəti ikitərəfli əməkdaşlıq barədə razılıq çərçivəsində Gürcüstana səfər edib. Səfərin məqsədi isə Tbilisidəki aviasiya və tank təmiri zavodlarının imkanları ilə tanış olmaqdan ibarətdir. 

Bu gün Azərbaycan ekspertlərinin Gürcüstan hərbi hava qüvvələri komandanı Zurab Poçxuayla yekun görüşü baş tutub. Görüşdə ekspertlərin baş çəkdikləri zavodlarla bağlı məsələlər müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti martın 13-də Gürcüstanı tərk edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti