...

Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvü laureat diplomu və Müqəddəs Ata knyaz Aleksandr Nevski heykəli mükafatına layiq görülüb

Siyasət Materials 13 Mart 2009 14:53 (UTC +04:00)

Rusiya, Moskva 13 mart / Trend , müxbir R.Ağayev /

"Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Mərkəzi Şurasının üzvü Rafiq Qafarov laureat diplomu və Müqəddəs Ata knyaz Aleksandr Nevski heykəli mükafatına layiq görülüb", - Trend -a Konqressin Moskvadakı mətbuat xidmətindən məlumat verilib.

"Belə peşə var - vətəni qorumaq" adlı beynəlxalq ictimai-vətənpərvərlik aksiyasının təşkilat komitəsi Rusiya Federal Şurasının Federal toplantısı və "Qələbə" təşkilat komitəsinin dəstəyi ilə keçirilən aksiya çərçivəsində Rafiq Qafarovu "Beynəlxalq sülhün, həmrəyliyin, Rusiya və Azərbaycan xalqları arasında dostluğun qorunmasına görə" xüsusi nominasiyada mükafatlandırıb.

Laureata diplom və Müqəddəs Ata knyaz Aleksandr Nevskinin kiçik heykəli verilib. Ali mükafatların təqdimetmə mərasimi "Rusiya" dövlət konsert zalında keçirilib. Eyni mükafata Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu da layiq görülüb.

Qafarov Rafiq Habil oğlu 5 fevral 1952-ci ildə Azərbaycanın Ələt qəsəbəsində (Qobustan) anadan olub. 1973-cü ildə Azərbaycan neft-kimya institutunu bitirəndən sonra o, Yakutiyaya işə təyinat alır və orada 33 il yaşayır və çalışır. Qazma ustasının köməkçisi kimi iş fəaliyyətinə başlayıb. Böyük neft-qaz kəşfiyyatı ekspedisiyasının rəhbəri olub, Yakutiya Ali Şurasının deputatı seçilib, "Yakutburnefteqaz" və "Lenanefteqaz"ın Baş direktoru vəzifələrində çalışıb, "Laki Bank"ı yaradıb və səkkiz il onun prezidenti olub. 2001-ci ildə Lensk şəhərinin seldən sonra bərpa işlərinə başçılıq edib. 1996-cı ildə RF Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasını bitirib.

Hüquq elmləri namizədidir. Dünya Xalqlarının Dini Birliyi Beynəlxalq Akademiyasının akademikidir. Ümumrusiya Azərbaycanlıları Konqresi Mərkəzi Şurasının üzvüdür. Qafarov RF Dövlət Dumasının deputat köməkçisidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Evlidir, üç uşağı var.

Xəbər lenti

Xəbər lenti