...

MDB-nin müşahidəçi missiyası Azərbaycanda bir sıra görüşlər keçirib

Siyasət Materials 13 Mart 2009 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir E.Rüstəmov /  

MDB-nin Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı keçiriləcək referendum üzrə müşahidəçi missiyası referenduma hazırlıqla əlaqədar vəziyyəti öyrənir.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Missiya qərargahı rəhbəri Yevqeni Sloboda Ali Məhkəmənin sədri Ramiz Rzayev, daxili işlər naziri Ramil Usubov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ilə görüşüb.

Görüşlər zamanı tərəflər referendumun keçirilməsi üzrə hazırlıq prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.

Missiya qərargahının rəhbəri MDB missiyasının Azərbaycanda apardığı fəaliyyətinə dair ətraflı məlumat verib. Azərbaycanın dövlət orqanlarının nümayəndələri müşahidəçiləri referenduma hazırlıq prosesinin ölkənin Seçki Məcəlləsinə müvafiq şəkildə aparıldığı barədə məlumatlandırıb.

Missiya qərargahının nümayəndələri Bakı və Xaçmazda yerləşən bir sıra seçki məntəqələrində olub və burada referendum üzrə təşəbbüs qrupları ilə görüşlər keçiriblər.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və Demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti