...

Azərbaycan müxalifəti Türkiyəni Ermənistanla sərhədləri açmaq məsələsinə həssas yanaşmağa çağırıb

Siyasət Materials 17 Mart 2009 11:56 (UTC +04:00)
Azərbaycan müxalifəti Türkiyəni Ermənistanla sərhədləri açmaq məsələsinə həssas yanaşmağa çağırıb

Azərbaycan, Bакı, 17 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan müxalifəti Türkiyəni Ermənistanla sərhədləri açmaq məsələsinə həssas yanaşmağa çağırıb.

"Türkiyənin indiki iqtidarı öz qərarları ilə bizim müəyyən maraqlarımıza zərbə vursa da, bu ölkəni itirməməliyik, əlaqələrimizin yüksək səviyyədə qalmasına nail olmalıyıq", - çərşənbə axşamı Trend -a müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb - Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsi olub.

2008-ci il sentyabrın 6-da futbol üzrə Avropa Çempionatı qrup oyunları çərçivəsində keçirilən Ermənistan -Türkiyə oyununa Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Cəlaloğlunun sözlərinə görə, Türkiyənin Baş naziri bir müddət əvvəl bəyan edib ki, Ermənistanla bağlı onların siyasətindəki dəyişiklik Azərbaycan iqtidarı ilə razılaşdırılıb.

"İkincisi, Türkiyənin özünün ümdə maraqları var və təbii ki, bunu bir dövlət kimi təmin etməlidir. Üçüncüsü, mənə elə gəlir ki, Ermənistanın blokadası ilə bağlı siyasət artıq bundan sonra effektini itirib", - ADP sədri əlavə edib.

Müxalif partiya sədrinin fikrincə, Azərbaycanın Ermənistanı blokadada saxlaması daha çox onun transregional layihələrdən kənarda qalması ilə nəticələnmişdi. "Bu proses artıq başa çatıb və artıq Ermənistanın kənarda qalacağı beynəlxalq layihə yoxdur", - Cəlaloğlu vurğulayıb.

ADP sədri deyib ki, Türkiyədə yaşayan 3 milyona yaxın erməni vətəndaşı da Ermənistanla müxtəlif vasitələrlə əlaqə qururlar. "Türkiyənin sərhədlərin açılması ilə bağlı qəbul edəcəyi qərar da əslində indiyə qədər qeyri-rəsmi şəkildə işləyən mexanizmi rəsmiləşdirmək kimi qiymətləndirilməlidir. Amma təəssüf doğuran odur ki, Türkiyə bu addımı atanda ən azı Qarabağ probleminin həll olunmadığını nəzərə almalıydı. Əgər Türkiyənin hakimiyyət dairələri bunu dövlət maraqlarını nəzər alaraq etdiklərini bildirirlərsə, onda biz heç nə deyə bilmərik", - müxalif partiya sədri qeyd edib.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşu radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulmasu ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarlaru ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

"Türkiyənin Ermənistanla sərhədlərini açmasına Azərbaycanda ciddi reksiya verilməlidir", - çərşənbə axşamı Trend -a müxalifyönlü Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan ermənilərin qondarma soyqırımın tanınmasının qarşısının alınması ilə bağlı uzun müddət burgə hərəkət ediblər. "Bundan başqa, bəzi transmilli layihələrin həyata keçirilməsində ortaq mövqeyə malik olublar, bir-birinə güzəştə getməyi bacarıblar. Azərbaycan ötən illərdə üzərinə daha çox məsuliyyət götürüb", - partiya sədri vurğulayıb.

Ağazadə deyib ki, Azərbaycanın bu proseslərdə fəal iştirakında əsas məqsəd Türkiyə-Ermənistan sərhədlərinin açılmaması idi. "Türkiyə bu gün həmin prioritetləri dəyişirsə, Azərbaycana izahat verməlidir. Çünki uzun illər formalaşan siyasəti birdən-birə dəyişmək faktiki olaraq ciddi problemlər yarada bilər", - millət vəkili belə düşünür.

Ümid Partiyası sədrinin fikrincə, Türkiyə-Ermənistan sərhədlərinin açılması Cənubi Qafqaz regionunda fərqli bir siyasətin başlanğıcı da ola bilər. "Ona görə həm Azərbaycan iqtidarı, həm də müxalifəti bu situasiyaya görə ən azı Türkiyənin hakimiyyət dairələri ilə ciddi müzakirə aparmalıdır", - Ağazadə əlavə edib.  

Müхаlifəti təmsil еdən Ümid Pаrtiyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə Vətəndаş Birliyi Pаrtiyаsı (VBP) Ümid Pаriyаsunа birləşib. VBP-nin sədri оlmuş Аğаzаdə Ümid Pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti