...

Azərbaycan müxalifət partiyalarının referendum üzrə təşəbbüs qrupları müşahidə qərargahı yaradıb

Siyasət Materials 17 Mart 2009 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan müxalifət partiyalarının referendum üzrə "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları müşahidə qərargahı yaradıb.

Müşahidə qərargahının yaradılmasında məqsəd referendumu birgə müşahidənin təşkili, seçki məntəqələrindən informasiya toplanışı və onların operativ açıqlanmasıdır. "Qərargah Müsavat partiyasının mərkəzi qərargahında yerləşəcək", - Azərbaycan Demokrat Partiyasının çərşənbə axşamı yayılmış məlumatında deyilir.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və Demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə" və "Zəka" təşviqat qrupları dəyişikliklərin lehinə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları isə əleyhinə aksiyalar keçirirdi.

Referendum əleyhinə aksiyalar keçirən "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları Konstitusiyaya edilən əlavə və dəyişikliklərə etiraz əlaməti olaraq referendumu boykot etmək qərarına gəliblər.

Qərargahda həmçinin "qaynar xət"lər də fəaliyyət göstərəcək. Bunların vasitəsi ilə səsvermə zamanı hansısa qanun pozuntuları ilə qarşılaşan seçicilərin müraciətləri qəbul ediləcək. 

Referendum üzrə "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları martın 19-da birgə mətbuat konfansı keçirərək referendum üzrə ilkin rəy bildirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti