...

Azərbaycanda Konstitusiyaya dəyişikliklər və əlavələrlə bağlı referenduma start verildi

Siyasət Materials 18 Mart 2009 08:00 (UTC +04:00)
Azərbaycanda Konstitusiyaya dəyişikliklər və əlavələrlə bağlı referenduma start verildi

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir C.Babayeva / 

Çərşənbə günü Azərbaycanda yerli vaxtla 08:00-da ölkə Konstitusiyasına dəyişikliklər və əlavələrlə bağlı referendum başlandı. Referendumun təşəbbüskarı hakim Yeni Azərbaycan Partiyasıdır.  

Referendum Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilir. Konstitusiyada, xüsusilə, 101-ci maddənin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasına hərbi əməliyyatlar zamanı parlament seçkilərinin təxirə salınması, 40 min seçiciyə qanunvericilik təşəbbüsünün verilməsi, şəxsin razılığı olmadan onun video və foto yazısının aparılması, Azərbaycanın eks-prezidentlərinin maddi və texniki təminatı xarakterli 29 maddə üzrə 41 düzəliş nəzərdə tutulub. 

Azərbaycanda 4 897 966 seçici və 5367 seçki məntəqəsi var. Seçki mətəqələrinin 500-də veb-kameralar quraşdırılıb. Referendumla bağlı xarici ölkələrdə 35 seçki məntəqəsi yarabdılıb. 

Referendumun gedişatını 169 beynəlxalq və 47 066 yerli müşahidəçi izləyir. Onlardan 2 148 nəfəri referendumu müşahidə etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında, 44 198-i isə dairə seçki komissiyasında qeydiyyata alınıb. 

Referendumun gedişatını 20 xarici KİV, Reuters, France-Press, Anadolu, Ihlas, AlJazeera informasiya agentlikləri, TRT telekanalları, "Le Fiqaro" qəzeti, ERA agentliyi, BBC və başqaları işıqlandırırlar.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə" və "Zəka" təşviqat qrupları dəyişikliklərin lehinə, "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları isə əleyhinə aksiyalar keçirirdi.

Referendum əleyhinə aksiyalar keçirən "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları Konstitusiyaya edilən əlavə və dəyişikliklərə etiraz əlaməti olaraq, referendumu boykot etmək qərarına gəliblər.

Referendumla bağlı təşviqat kampaniyaları Azərbaycanda fevralın 18-dən başlayıb. Referendum üzrə qəbul olunmuş cədvələ əsasən, onlar 16 mart tarixində gecə yarısı sonna yetib. Təşviqat kampaniyası keçirmək üçün qrupların hər birinə 23 min manat vəsait ayrılmışdı. Səsvermə yerli vaxtla 19:00-da başa çatacaq. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbər lenti

Xəbər lenti