...

Referendumda Azərbaycan seçicilərinin ən yüksək fəallığı Ağdamda müşahidə olunur

Siyasət Materials 18 Mart 2009 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir C.Babayeva /

Referendumda Azərbaycan seçicilərinin ən yüksək fəallığı Ağdam şəhərinin 118 saylı seçki dairəsində müşahidə olunur. Yerli vaxtla seçicilərin iştirakı səhər saat 10:00 üçün 27,09 faiz təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyası nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib

Bakının seçki dairələrində seçicilərin aşağı fəallğı müşahidə olunur. Sabunçu rayonunun 26 saylı birinci seçki dairəsində seçicilərin 8,55 faizi, Suraxanı rayonun 31 saylı ikinci seçki dairəsində 8,93 faizi, Nərimanov rayonunun 19 saylı birinci seçki dairəsində 9,22 faizi, həmin rayonun 20 saylı ikinci seçki dairəsində 9,33faizi iştirak edib. Xətai rayonunun 35 saylı seçki dairəsində  9,33 faiz seçici iştirak edib.

Respublika üzrə 125 seçki dairəsi və 5367 məntəqə fəaliyyət göstərir. 4 893 382 seçici qeydiyyata alınıb.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Xəbər lenti

Xəbər lenti