Gürcüstan, Tbilisi, 18 mart / Trend , müxbir N.Kirtsxaliya /
Azərbaycanın Gürcüstandakı səfirliyində Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda seçicilərin yerli vaxtla saat 15:00-a olan iştirakı 40 faiz təşkil edib.
Azərbaycanın Tbilisidəki səfirliyindən Trend -a verilən məlumata əsasən, Gürcüstanda Azərbaycan vətəndaşı olan cəmi 108 seçici qeydiyyatdan keçib.
Səfirliyin məlumatına əsasən, Gürcüstanda Azərbaycan vətəndaşlarının işlədiyi 20 Azərbaycan şirkəti fəaliyyət göstərir.
Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.
Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]