...

Gəncədə seçicilərin 61,92 faizi səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 17:24 (UTC +04:00)

Azərbaycan, Gəncə, 18 mart / Trend , müxbir V.Məmmədov / Azərbaycanın qərbində yerləşən Gəncədə (paytaxt Bakıdan 365 kilometr məsafədə) saat 17:00-a olan məlumata görə, seçicilərin 61,92 faizi səsvermədə iştirak edib.

Gəncədə 90 mindən çox seçici səsvermədə iştirak edib. Bu barədə Trend -a məlumatı Dairə Seçki komissiyalarından veriblər.

Məlumata görə, saat 17-ə kimi 147 654 seçicidən 91 430 nəfəri (61,92 faizi) məntəqələrə gələrək Kostitutsiyada ediləcək dəyişikliklərə münasibət bildirib.

Gəncə şəhərində 37,38,39 və 40 saylı olmaqla dörd Dairə Seçki Komissiyası var. Məntəqələrin sayı isə əlavələrdə daxil olmaqla 110 təşkil edir.

Gəncə şəhərində 1000-dən çox yerli müşahidəçi seçkiləri izləyir. 26 məntəqədə isə veb kameralar quraşdırılıb.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti