...

Qırğızıstan Respublikasında prezident seçkiləri 2009-cu ildə keçirilməlidir - Konstitusiya Məhkəməsi

Siyasət Materials 19 Mart 2009 13:57 (UTC +04:00)
Qırğızıstan Respublikasında prezident seçkiləri 2009-cu ildə keçirilməlidir - Konstitusiya Məhkəməsi

Qırğızıstan Respublikasında prezident seçkiləri 2009-cu il oktyabrın 25-də keçiriləcək - bu qərarı ölkənin Konstitusiya Məhkəməsi qəbul edib, RIA-Novosti xəbər verir.

Qarşıdakı prezident seçkilərinin keçirilmə vaxtı ilə əlaqədar sorğunu fevralda Konstitusiya Məhkəməsinə ölkə parlamentinin Sosial Demokratik Partiyasından (QSDP) deputatı Asılbek Jeenbekov təqdim edib. O, ölkənin əsas qanununda bu norma "müəyyən anlam vermədiyindən" prezident seçkiləri barədə rəsmi təfsir verməyi xahiş edib.

Kurmanbek Bakiyev Qırğızıstanda rəhbərliyə 2005-ci il martın 24-də "zanbaq inqilabı"nın nəticəsində gəlib. O, prezident postunu 2005-ci il iyulun 10-da tutub.

"Prezident 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ilin iyulunda vaxtından əvvəl seçildiyindən, onun səlahiyyət müddəti bu ilin oktyabrında başa çatır", - Qırğızıstan KM-nin sədri Svetlana Sadıkova bildirib.

Sadıkova qeyd edib ki, prezident seçkilərinin dəqiq vaxtını ölkə parlamenti müəyyən etməlidir.

Xəbər lenti

Xəbər lenti