...

Lüksemburq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 19 Mart 2009 15:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin Lüksemburqa səfəri davam edir. Gürcüstanın XİN-dən verilmiş məlumata əsəsən, Lüksemburq parlamentinin sədri ilə keçirilən görüşdə tərəflər Gürcüstanın Avropaya inteqrasiyası və Avropanın yardımı məsələlərini müzakirə ediblər. 

Vaşadze, həmçinin lüksemburqlu həmkarı ilə görüşüb. Jan Alen Berq bir daha qeyd edib ki, Lüksemburq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

"Cənubi Osetiyadakı müharibə təkcə Gürcüstana qarşı deyil, Avropanın stabilliyinə qarşı da yönəlmişdi," - deyə o, qeyd edib.

Gürcüstanın xarici işlər naziri öz çıxışında Rusiyanı avqust münaqişəsi ilə əlaqədar olaraq tənqid edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti