Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov qardaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibəti ilə təbrik məktubu göndərib. Bu barədə Türkmənistanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.
"Qoy bu bahar bayramı sizin və dost Azərbaycan xalqı üçün şadlıq, firavanlıq və tərəqqi ilə əlamətdar olsun", - Türkmənistan Prezidentinin məktubunda bildirilir.