...

ATƏT sədrinin Gürcüstana səfərinin məqsədi ölkədə müşahidəçilər missiyasının saxlanılmasıdır – Gürcüstanın xarici işlər naziri

Siyasət Materials 23 Mart 2009 14:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 mart / Trend , müxbir N.Kirtsxaliya /

Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının hazırkı sədri, Yunanıstanın xarici işlər naziri Dorı Bakoyannisin Gürcüstana səfərinin məqsədi ölkədə ATƏT-in missiyasının saxlanılması ilə bağlıdır. Bu barədə bazar ertəsi ənənəvi brifinqdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib. 

Onun sözlərinə əsasən, missiyanın saxlanılması istiqamətində nikbin fikir yoxdur, buna görə də "Rusiya əvvəlki amansız mövqeyində durur". "Yunanıstan tərəfi dəfələrlə yaxşı düşünülmüş kompromis təkliflərlə çıxış edib, lakin Moskva buna razılıq vermir", - deyə Vaşadze bildirib. 

"Gürcüstan Rusiyanın Tsxinvalidə ATƏT-in ayrıca missiyasının açılması təklifini qəbul etmir və buna təkcə Gürcüstan yox, bütün beynəlxalq aləm etiraz edir", - deyə Xarici İşlər İdarəsinin başçısı qeyd edib.

Bakoyannis bugün Gürcüstanda bir günlük səfərdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti