...

Gürcüstan parlamentinin eks-spikerinin partiyasının üzvlərinə qarşı ittiham irəli sürülüb

Siyasət Materials 25 Mart 2009 13:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 mart / Trend , müxbir N.Kirtsxaliya /

Nino Burcanadzenin rəhbərlik etdiyi "Vahid Gürcüstan Demokratik Hərəkatı" partiyasının üzvləri Vaxtanq Narsiya və Zurab Avalianiyə qarşı qanunsuz olaraq silah əldə etmək və saxlamaqla bağlı ittiham irəli sürülüb. Müttəhimlərin vəkillərinin bildirdiklərinə əsasən, onlara qarşı irəli sürülən ittihamla bir ildən üç ilə qədər həbs cəzası nəzərdə tutulur.

Konstitusiya təhlükəsizliyi departamentində ittiham irəli sürmə prosesi dünən bütün gün ərzində davam edərək gecə yarısı sona çatıb. Prosesi vəkillər müşahidə edirdilər.

"Gürcüstanın Xilası Naminə" hərəkatın üzvləri Malxaz Qvelukaşvili və Laşa Çxenkeliyə qarşı da ittiham artıq irəli sürülüb. Onlar 15 il həbs cəzası nəzərdə tutulan dövlət əleyhinə hərəkətlərdə günaşlandırılırlar.

DİN tərəfindən yayılmış videogörüntülərdə Qvelukaşvili və Çxenkelinin silah satıcıları ilə danışıqlar apardıqları göstərilir. Yayılan çarxlara əsasən, Qvelukaşvili və Çxenkeli televiziya və parlament binalarını eləcə də teleqüllənin zəbt olunmasını planlaşdırırdılar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti