...

Tbilisidə parlament binası gücləndirilir

Siyasət Materials 25 Mart 2009 17:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 mart / Trend , müxbir N.Kirtsxaliya /

Parlament Aparatının başçısı David Caniaşvilinin jurnalistlərə dediyinə əsasən, Gürcüstanda parlament binasının gücləndirilməsi istiqamətində aparılan işlərin aprelin 9-na planlaşdırılan aksiya ilə əlaqəsi yoxdur.

"Bir neçə gündür binada bərkitmə işləri aparılır, birinci mərtəbədəki pəncərələrdə dəmir hörmələr quraşdırılır və giriş qapıları möhkəmləndirilir", - Caniaşvili deyib.

Onun sözlərinə görə, işlər ilin əvvəlində hazırlanmış plan üzrə gedir.

Aprelin 9-da Gürcüstan müxalifəti Prezident Mixail Saakaşvilinin istefası tələbi ilə parlament qarşısında aksiya planlaşdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti