...

Çin Türkmənistandakı mövcudluğunu artırmaq niyyətindədir

Siyasət Materials 27 Mart 2009 13:21 (UTC +04:00)

Türkmənistan, Aşxabad, 27 mart / Trend müxbir H.Həsənov/

Türkmənistan və Çin arasında əməkdaşlığın perspektivlərinin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Szi Çjiyenin başçılıq etdiyi nümayəndə heyətinin bugünlərdə, Aşxabada edəcəyi səfərin gedişində nəzərdən keçirilməsi planlaşdırılır", - rəsmi türkmən mənbəyi məlumat verir.

Çin son zamanlar özünün Mərkəzi Asiyadakı fəaliyyətini genişləndirib. Xüsusilə qeyd etmək olar ki, Türkmənistan və Çin arasında ticarət dövriyyəsi son iki ildə demək olar ki, hər il ikiqat artır. Çin şirkətləri Türkmənistana nəqliyyat və rabitə üçün avadanlıq tədarük edir, neft-qaz sektorunda işlər aparır. Xüsusilə böyük irəliləyiş Türkmənistanın şərqi qaz yataqlarından Özbəkistan və Qazaxıstandan keçərək Çinə gedəcək qaz kəmərinin tikintisində nəzərə çarpıb. 2010-cu ildə Çinin uzunmüddətli müqavilə əsasında Türkmənistan qazını idxal etməyə başlayacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti