...

Qeyri-parlament müxalifətini dəstəkləyən deputat Gürcüstan parlamentindəki müxalifət fraksiyasını tərk edib

Siyasət Materials 27 Mart 2009 15:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 mart / Trend müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin Tsaqeridən olan deputatı Karlo Kopaliani bu gün "Güclü Gürcüstan" fraksiyasını tərk edib.

Kopalianinin sözlərinə görə, onun baxışları ilə bu müxalifət partiyasının baxışları üst-üstə düşməyib.

"Fraksiyada hesab edirlər ki, aprelin 9-dakı aksiya baş tutmamalıdır, mən isə başqa fikrin tərəfdarıyam və qeyri-parlament müxalifətini dəstəkləyirəm", - o deyib.

Kopaliani qeyd edib ki, başqa heç bir fraksiyaya daxil olmaq fikrində deyil və parlamentdə müstəqil deputat kimi çalışacaq.

Deputat parlamentə hazırda qeyri-parlament partiyası olan Respublika partiyasından gəlib.    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti