...

Gürcüstanın xarici işlər naziri Əfqanıstana dair konfransda iştirak edəcək

Siyasət Materials 30 Mart 2009 11:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze martın 30-dan aprelin 1-dək Niderland Krallığında səfərdə olacaq. O, burada Haaqada BMT-yə üzv ölkələrin xarici işlər nazirləri sammitinin işində iştirak edəcək. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Bu yaxınlarda Gürcüstan XİN-də keçirilən brifinqdə Vaşadze "Əfqanıstan Konfransı - 2009" sammitini "olduqca əhəmiyyətli" qiymətləndirib.

Vaşadze səfər çərçivəsində kanadalı həmkarı Lorens Kennon ilə də görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti