...

Azərbaycan Mərkəzi Seçki Komissiyası Konstitusiyaya əlavə və dəyişikliklərə dair yekun nəticəni təsdiq edib

Siyasət Materials 30 Mart 2009 14:12 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası Konstitusiyaya əlavə və dəyişikliklərə dair yekun nəticəni təsdiq edib

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bazar ertəsi keçirdiyi iclasda martın 18-də keçirilən ölkə Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendumun nəticələrini təsdiq edib.

Azərbaycan MSK-nın səsvermənin yekunu üzrə elan olunan yekun nəticələrinə görə, Azərbaycanda Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər ölkə seçicilərinin 87-91 faizi tərəfindən dəstəklənib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaksiyasının, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaksiya ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti