...

Gürcüstan hökuməti öz tərəfdarlarının aksiyalar keçirməsi əleyhinədir

Siyasət Materials 30 Mart 2009 16:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan hökuməti müxalifətin keçirəcəyi 9 aprel aksiyası ilə yanaşı qəti şəkildə tərəfdaşlarının ictimai qarşıdurması və səfərbərliyi əleyhinədir.

"Hökumətin edə biləcəyi ən pis iş cəmiyyət içərisində qarşıdurma yaratmaq və müxalifətin dostu olan insanların yığımını təşkil etməkdir", - deyə parlament çoxluğunun liderlərindən biri olan Qiorqi Qabaşvili jurnalistlərə bildirib.

Yayılmış məlumat əsasən, aprelin 9-da keçiriləcək aksiyaya kimi aprelin 7-də hakimiyyət tərəfdarlarının mitinqi və yürüşü olacaq.

Qabaşvili hesab edir ki, polis ictimai asayişi qorumaq və son günlərdə müxalifətçilər tərəfindən tez-tez söylənilən ekstremist və radikal bəyanatlar səbəbindən yarana biləcək problemləri aradan qaldırmaq məqsədilə bütün vasitələrə malikdir.

Qabaşvili polisin kriminalla mübarizə aparmaq gücünə malik olmasının sübutu kimi "vətəndaş müharibəsinə hazırlaşan" silahlı qruplaşmaların həbsini göstərib. "Onlar hesab edirlər ki, siyasətçilər razılığa gələ bilməyəcək və onların dövrü başlayacaq", - deyə deputat bəyan edib. Məhz bu səbəbdən dialoqun başlanmasına qarşı yönəlmiş müxalifət tərəfindən tez-tez söylənilən birtərəfli bəyanatlar onun üçün qəbuledilməzdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti