...

Türkiyə-Azərbaycan İş Birliyinin rəhbəri rəsmi Ankaranın Ermənistanla sərhədləri açacağına inanmır

Siyasət Materials 30 Mart 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 30 mart / Trend , müxbir P.Əliyeva /  

Türkiyə-Azərbaycan İş Birliyinin rəhbəri rəsmi Ankaranın Ermənistanla sərhədləri açacağına inanmır.

"Dağlıq Qarabağı düşünmədən Türkiyənin Ermənistanla sərhədlərin açılacağı ehtimalı da azdır. Azərbaycanın Qarabağ məsələsi, bir milyon qaçqını olan ölkənin problemləri haqda Türkiyə vətəndaşları da düşünür", - bazar ertəsi Trend -a Türkiyə-Azərbaycan İş Birliyinin rəhbəri, Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Çingiz Gül bildirib.

Trend -un arayışı : Avropa İttifaqının (Aİ) adı çəkilməyən yüksək vəzifəli məmuru apreldə ABŞ Prezidenti Barak Obamanın Türkiyəyə səfərindən sonra Türkiyə-Ermənistan sərhədinin açılacağına ümid etdiyini deyib. Bu barədə Türkiyənin SABAH qəzeti məlumat verib.

Obamanın Türkiyəyə aprelin 5-7-də səfər edəcəyi gözlənilir.

Gül deyib ki, Qarabağı unudub, Naxçıvanı nəzərə almadan Türkiyə ilə Ermənistan arasında fərqli bir dialoq hər-halda olmaz.

Trend -un arayışı: Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa
çalışır. Yerevan tərəfindən başlanılmış uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.

Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində ötən ilin sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti