...

Aİ Azərbaycanla viza rejiminin ləğvi məsələlərini müzakirə edəcək – Avropa Komissiyasının nümayəndəsi

Siyasət Materials 2 Aprel 2009 18:53 (UTC +04:00)

Belçika, Brüssel, 02 aprel / Trend , müxbir A.İsmayılova /

Aİ və Azərbaycan nümayəndələri viza rejiminin ləğvi məsələlərinin təfsilatlarını müzakirə edəcəklər. Bu barədə cümə axşamı Trend -a Avropa Komissiyasının rəsmi nümayəndəsi Kristina Hohman bildirib.

"Biz bilirik ki, azad hərəkət (Avropa İttifaqı ərazisində) tərəfdaş ölkə vətəndaşları üçün çox vacibdir. Sərhədlərimizin daimi açıq olması düşünülmüş, təhlükəsiz şəkildə, nəzarət altında olmalıdır", - deyə Hohman bildirib.

Aİ Mart ayında Ermənistanın, Azərbaycanın, Gürcüstanın, Moldovanın, Ukraynanın və Belarusun daxil olduğu "Şərqi tərəfdaşlıq" proqramının təsdiq edilməsini bəyan edib. Proqram çərçivəsində Aİ qonşu ölkələrə 2009-2013-cü illər üçün 600 milyon avro ayıracaq.

"Şərqi tərəfdaşlıq" proqramı çərçivəsində həmçinin azad ticarət zonalarında strateji müqavilələrin imzalanması ilə tələbə mübadiləsi layihələrinin həyata keçirilməsi, ətraf mühitin qorunması və enerji təminatı həyata keçirilməsi istiqamətində danışıqlar aparılacaq.

Altı keçmiş sovet ölkələri ilə viza rejiminin ləğvi haqqında müqaviləyə baxılması, Rusiya və Gürcüstan arasında avqust ayında baş verən münaqişədən, həmçinin Ukraynadakı qaz böhranından sonra Aİ-nin dərhal təsdiq etdiyi "Şərqi tərəfdaşlıq" layihəsinin bəndlərindən biridir.

Viza rejiminin sadələşdirilməsi və müqavilələrin readmissiyası ilk addımlardan olacaq.

"Şərqi tərəfdaşlıq" çərçivəsində ikitərəfli elementlərdən biri Aİ-nin tərəfdaş ölkələrə texniki olaraq nə dərəcədə yardım edə biləcəyini və bu müqavilə (viza rejiminin ləğvi) üzrə danışıqların başlanması üçün ilkin məsləhətlər verə biləcəyini müəyyən edir", - deyə beynəlxalq münasibətlər və Avropa qonşuluq siyasəti üzrə Avropa komissarı Benita Ferrero-Valdnerin mətbuat katibi Hohman əlavə edib.

Aİ Ukrayna və Moldova ilə viza rejiminin sadələşdirilməsi və readmissiyası prosesinə başlayıb. Aİ bu yaxınlarda Gürcüstan ilə bu prosesin başlanması üzrə mandatı təsdiqləyib. 

"Məqsədimiz bütün tərəfdaşlarla azad viza rejimi üzrə uzunmüddətli açıq dialoqlara başlanılmasıdır", - deyə Hohman bildirib. "Şərqi tərəfdaşlığ"a daxil olan dövlətlərin iştirakı ilə keçirilən Aİ üzv ölkələri başçılarının sammiti may ayının 7-də Praqada baş tutacaq. Sammitdə proqramın rəsmi olaraq başlanması gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti