...

Azərbaycan Prezidenti Almaniya xarici işlər naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 2 Aprel 2009 20:24 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Almaniya xarici işlər nazirinin müavini Gernot Erlerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərtac Dövlət İnformasiya Agentliyi xəbər verir.
Erler ölkəmizdə keçirdiyi görüşlər barədə Prezident İlham Əliyevə məlumat verib, Milli Məclisdə, xüsusilə Azərbaycan-Almaniya dostluq qrupunun üzvləri ilə səmərəli müzakirələr apardıqlarını bildirib.

Səfəri müddətində Səngəçal terminalında da olduqlarını deyən qonaq bu tanışlığın onlarda böyük təəssürat doğurduğunu söyləyib.
Azərbaycanla Almaniya arasında münasibətlərin genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin perspektivlərinin və eləcə də regionda gedən proseslərin müzakirə edilməsi baxımından bu səfərin yaxşı imkan yaratdığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti