...

Bakı şəhərinin yaşıllaşdırılmasına əlavə vəsait ayrılıb

Siyasət Materials 3 Aprel 2009 20:24 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin yaşıllaşdırılması və ətraf landşaftın müasir dizaynla tərtib edilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılması barədə sərəncam imzalayıb. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş vəsaitin ayrılması tapşırılıb.

Xəbər lenti

Xəbər lenti