...

Gürcüstan və Ukraynanın qısa müddətdə NATO ya üzvlük ideyası aktual deyil – alyans numayəndəsi

Siyasət Materials 4 Aprel 2009 18:19 (UTC +04:00)

Fransa, Strasburq, 4 aprel / Trend , müxbir A. Məhərrəmli /

Şimali Atlantika blokunun nümayəndəsinin verdiyi məlumata əsasən, NATO-nun Strasburq və Kehl-də keçirilən zirvə toplantısında Gürcüstan və Ukraynanın qısa müddətdə təşkilata üzvlük məsələsi müzakirə edilməyib və üzvlük ideyası aktual deyil. Qeyd edək ki, Buş admimistrasiyası hər iki ölkənin alyansa üzv qəbul olunmasına cəhd etmişdi.

Bir çox diplomatlara görə, bundan sonra təşkilat Rusiya ilə münasibətlərin gücləndirilməsinə çalışacaq. Bir çox dövlətlər, o cümlədən Almaniya, Rusiya ilə NATO arasında münasibətlərin tez bir zamanda yaxşılaşdırılmasının lehinədir.  

Ukrayna ilə Gürcüstanın üzvlüyünün təxirə salınması bir çox faktorlarla, o cümlədən  hər iki ölkənin buna hazır olmaması və yeni ABŞ administrasiyasının məsələyə praqmatik yanaşması ilə bağlıdır. Qeyd edək ki, Makedoniyanın təşkilata üzvlüyü gündəmdədir.

ABŞ prezidenti Makedoniyanın alyansa üzvlüyünü səbirsizliklə gözlədiklərini qeyd edərək NATO-nun qapısının açıq qalacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti