...

İtaliyadakı zəlzələ zamanı bir nəfər Gürcüstan vətəndaşı həlak olub

Siyasət Materials 7 Aprel 2009 14:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Dünən İtaliyada baş vermiş zəlzələ nəticəsində bir nəfər Gürcüstan vətəndaşı həlak olub. İtaliya mətbuatındakı mənbələrin verdiyi məlumata görə, 150 nəfər həlak olmuşlar arasında bir şəxsin soyadı Orconikidzedir.

Gürcüstan səfirliyi və konsulluq hazırda zəlzələ nəticəsində dağılmış Apula şəhəri yaxınlığında həlak olmuş şəxsin adını müəyyənləşdirirlər. Gürcüstan konsulluğunun məlumatına görə, zəlzələ rayonunda ümumilikdə 100 gürcü yaşayır.

Hələ ki, bir çox vətəndaş itkin düşmüş sayılır və ölənlərin sayının artacağı istisna deyil. Bu gecə 4 bal gücündə təkrar yeraltı təkanlar qeydə alınıb. Dünənki təkanların gücü isə 6,5 bal təşkil edib.     

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti