...

Azərbaycan Prezidenti Litvanın xarici işlər naziri Viqaudas Uşatskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 7 Aprel 2009 15:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Litvanın xarici işlər naziri Viqaudas Uşatskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, çərşənbə axşamı AzerTAc dövlət agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Litvanın xarici işlər nazirinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev əminliklə bildirib ki, bu səfər daim genişlənməkdə olan ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bakıya ilk dəfə səfər etdiyini deyən Viqaudas Uşatskas paytaxtımızın nümayəndə heyətində xoş təəssürat doğurduğunu söyləyib. Bakının İslam mədəniyyətinin paytaxtı, Vilnüsün isə Avropa mədəniyyətinin paytaxtı olduğunu bildirən qonaq bunun mədəni əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti