...

Azərbaycanın aparıcı müxalif partiyaları Türkiyə-Ermənistan sərhədlərinin açılması əleyhinə olan bəyanat qəbul ediblər

Siyasət Materials 8 Aprel 2009 16:09 (UTC +04:00)

Azərbaycan, Bаkı, 08 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın aparıcı müxalif partiyaları Türkiyə-Ermənistan sərhədlərinin açılması əleyhinə olan bəyanat qəbul ediblər.

"Türkiyənin ona qarşı ərazi iddialarından və dünyada "soyqırım"ın tanıdılmasından əl çəkməyən Ermənistanla sərhədləri açması nə onun milli maraqlarının inkişafına, nə regional inkişafa, nə də Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək", - çərşənbə günü Trend -a Müsavat Partiyasından bildirilib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Müxalif partiya hesab edir ki, hadisələrin bu istiqamətdə inkişafı ona dost olmayan ölkələrin milli və regional maraqlarının gerçəkləşməsinə əlverişli şərait yaratmaqla bərabər, Türkiyənin regionda təbii müttəfiqi, dost və qardaş Azərbaycanla strateji dərinliyi olan və böyük potensialı hələ tam açılmamış ikitərəfli münasibətlərinə zərbə vura bilər.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur. 

"Türkiyə-Ermənistan sərhədlərinin açılması regionda sülh və əmin-amanlıq deyil, əksinə mövcud münaqişələrin çözülməsində ciddi əngəllər yaradacaq. Sərhədlərn açılması, eyni zamanda, işğalçı dövlət olan Ermənistanın militarizm siyasətini həyata keçirməsinə və yeni ərazi iddialarına düşməsinə təkan verəcək", - çərşənbə günü Trend -a Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) bildilib.

Bəyanatda qeyd edilir ki, Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi üçün ilkin şərt Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllini tapmasıdır. "Ermənistan-Türkiyə sərhədlərinin açılması türk dünyasına və ümumtürk birliyinə xələl gətirməklə yanaşı, Azərbaycanla Türkiyə arasında olan münasibətlərə də zərər vuracaq. AMİP sərhədlərin açılmasına qəti etirazını bildirir və bunu işğalçı dövlətə dəstək kimi qiymətləndirməklə, Türkiyə ictimaiyyətini bu məsələdə həssas olmağa çağırır", - sənəddə vurğulanır.

АMİP 1992-ci ildə yаrаdılаn və Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər

Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti