...

Siyasi qarşıdurma Gürcüstan iqtisadiyyatını zəiflədəcək – Baş nazir

Siyasət Materials 8 Aprel 2009 17:45 (UTC +04:00)
Siyasi qarşıdurma Gürcüstan iqtisadiyyatını zəiflədəcək – Baş nazir

Gürcüstan, Tbilisi, 08 aprel / Trend müxbir N.Kirtsxaliya /

İstənilən siyasi qarşıdurma və ya qarışıqlıq yalnız bir nəticəyə gətirib çıxaracaq - Gürcüstan iqtisadiyyatının zəifləməsi, sərmayələrin və iş yerlərinin itirilməsi. Bunu jurnalistlərə Gürcüstanın Baş naziri Nika Qilauri, Gürcüstan ticarət-sənaye palatası ilə bu gün "Kortiard Mariotte"də təşkil olunmuş görüşündən əvvəl deyib.

"Gürcüstan iqtisadiyyatının 9 aprel aksiyasına dözüb-dözməyəcəyi" sualına Qilauri "Gürcüstan iqtisadiyyatı çox şeyə dözüb və hazırki nəticələr də buna sübutdur" deyə cavab verib.

"Siyasi qarşıdurma fəal mərhələyə keçərsə, "Gürcüstan üçün məhvedici" ola bilər", - Beynəlxalq Ticarət palatasının prezidenti Fadi Asli deyib. "Bu münasibətlə müxalifətə müraciət etmişəm və onların anlayışına ümid edirəm", - o deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti