...

NATO və Azərbaycanın bir çox təmas nöqtələri var – Dövlət katibinin köməkçisi

Siyasət Materials 9 Aprel 2009 11:26 (UTC +04:00)
NATO və Azərbaycanın bir çox təmas nöqtələri var – Dövlət katibinin köməkçisi

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir C. Babayeva /

Azərbaycan və NATO-nun bir çox təmas nöqtələri var. Bu barədə cümə axşamı jurnalistlərə Blokun Baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan-Fransua Büro bildirib.

"Mən NATO və Azərbaycan münasibətlərinin perspektivlərinə əminəm. Biz Azərbaycanın son 15 il ərzində NATO ilə əməkdaşlıq çərçivəsində etdiklərini qiymətləndiririk", -  deyə Büro vurğulayıb.

Onun sözlərinə görə, NATO-nun gücü yeni tərəfdaşların cəlb edliməsi və təşkilatın bütün üzvlərinin həmrəyliyindədir. "NATO üzvləri qarşısında duran ən mühüm vəzifələr enerji tədarükü, dəniz təhlükəsizliyi olacaq, bundan əlavə, təşkilat üzvləri Əfqanıstanda stabilliyin bərpa edilməsi üçün birləşməlidirlər", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan yeni İnternet texnologiyaların inkişafı istiqamətində bir çox işlər görüb. "NATO-nun bütün üzvlərinin ümumi problemləri və bir çox ümumi vəzifələri var", - deyə Büro bildirib. 

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il 4 may tarixində "Sülh naminə tərəfdaşlıq" proqramı - çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan ATƏT-in 27 üzv-dövlətləri arasında bu proqrama qoşulan ilk dövlətlərdən biridir. Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd 1996-cı ilin aprel ayında imzalanıb.

Hazırda Azərbaycan bu proqrama müvafiq olaraq öhdəsinə qoyulmuş təxminən 50 vəzifəni yerinə yetirir. Azərbaycan prezidenti İlham Əliyev 2005-ci il avqustun 3-də "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planı haqqında" fərman imzalayıb.

Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planı"nın ikinci mərhələsi çərçivəsində həyata keçirilir. Azərbaycan NATO ilə Alyansın İraq və Kosovoda sülhməramlı missiyası çərçivəsində əməkdaşlıq edib, hazırda belə bir əməkdaşlıq Əfqanıstanda davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti