...

Azərbaycanın hakim partiyası Türkiyə rəsmilərinin sərhədlərin açılmaması ilə bağlı bəyanatlarının səmimiliyinə inanır

Siyasət Materials 9 Aprel 2009 15:54 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Türkiyə rəsmilərinin sərhədlərin açılmaması ilə bağlı bəyanatlarının səmimiliyinə inanır

Azərbaycan, Bакı, 09 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın hakim partiyası Türkiyə hakimiyyət nümayəndələrinin Ermənistanla sərhədlərin açılmayacağı ilə bağlı son bəyanatlarının səmimiliyinə inanır.

"Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir daha bəyan etdi ki, heç vaxt Azərbaycanın maraqlarının əleyhinə olan addım atmayacaqlar. Ona görə proseslərin bundan sonrakı mərhələsini gözləməliyik", - cümə axşamı Trend -a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Ərdoğan Ermənistan tərəfindən işğal edilən Azərbaycan əraziləri azad olunmayacağı təqdirdə, Yerevanla hər hansı bir iş birliyinin mümkün olmadığını açıqlamışdı.

Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Novruzovun sözlərinə görə, Türkiyə rəsmilərinin bu cür bəyanatlarını ciddi qəbul etməməyə hələ ki, heç bir əsas yoxdur.

"Ermənistanla sərhədlərin açılması dövlətlərarası və xalqlararası münasibətlərlə bağlı ciddi məsələdir. Verilən bəyanatların da arxasında əməl dayanmalıdır", - YAP funksioneri əlavə edib.

Hakim partiyanın icra katibinin müavini deyib ki, Türkiyə hakimiyyət dairələri öz vədlərinin arxasında dayanmasalar, çox ciddi addımlar atılacaq.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti