...

MDB ölkələrinin XİN başçıları Aşqabadda dünya maliyyə böhranını müzakirə edəcəklər

Siyasət Materials 10 Aprel 2009 12:43 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 10 aprel / Trend , müxbir H.Həsənov /

Bu gün Aşqabadda MDB ölkələri XİN Şurasının iclası başlayır.

İclas Ruxıet Sarayında keçiriləcək. Gündəlikdə - qlobal maliyyə və iqtisadi böhranın təsirlərinə qarşı mübarizə tədbirləri, eləcə də təhlükəsizlik, miqrasiya siyasəti məsələlərində baza sənədlərinin müzakirəsi var.

Türkmənistan MDB-nin assosiativ üzvüdür. Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedovun qarşılıqlı fəaliyyət məsələləri üzrə fikir mübadiləsi aparılacaq bir sıra ikitərəfli görüşlər keçirməsi gözlənilir.

"Türkmənistan qarşılıqlı səmərə və bərabərlik, müasir dünyanın reallıqları və milli prioritetlərin nəzərə alınması ilə iqtisadi və siyasi tərəfdaşlıq üzrə səmərəli modellərə yeni yanaşmaların hazırlanması prinsipləri əsasında ənənəvi əməkdaşlığın optimallaşdırılmasına çağırır", - dövlət xəbər xidməti "Turkmen dovlet xabarları" məlumat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti