...

Ermənistanla sərhədlərin açılması Türkiyəni daxili böhrana sürükləyəcək - Türkiyə Milli İstihbarat Təşkilatının analitiki

Siyasət Materials 10 Aprel 2009 15:32 (UTC +04:00)
Ermənistanla sərhədlərin açılması Türkiyəni daxili böhrana sürükləyəcək - Türkiyə Milli İstihbarat Təşkilatının analitiki

Azərbaycan, Bakı , 10 aprel / Trend , müxbir R.Hafizoğlu / 

Türkiyə Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsinin) keçmiş analitiki hesab edir ki, rəsmi Ankaranın Ermənistanla sərhədləri açması Türkiyəni daxili böhrana sürükləyəcək.

"Türkiyə ilə Ermənistan sərhədlərinin açılması yalnız Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsindən sonra mümkündür. Sərhədlərin qeyri şərtsiz açılması Türkiyəni daxili böhrana sürükləsə də, bunun hakimiyyət çevrilişi ilə nəticələnəcəyi gözlənilən deyil", - deyə Türkiyə Milli Kəşfiyyat Komitəsinin keçmiş analitiki Mahir Kaynak cümə günü İstanbuldan telefonla Trend -a  bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Kaynak hesab edir ki, sərhədlərin açılması üçün Türkiyə ilə Ermənistan deyil, Ankara ilə Bakı razılaşmalıdırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti