...

Gürcüstanın XİN başçısı ABŞ-a səfər edəcək

Siyasət Materials 10 Aprel 2009 18:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze aprelin 13-16-da ABŞ-a işgüzar səfər edəcək. Bu barədə Gürcüstan XİN-dən məlumat verilib.

Vaşadze səfər çərçivəsində ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton, BMT-nin Baş katibi Pan Gi Mun, BMT Baş katibinin müavini Linn Pasko, Fransa, Türkiyə, Böyük Britaniya, Çin, Avstriya və ABŞ-ın təşkilatdakı xüsusi nümayəndələri ilə görüşəcək.

Görüşlər zamanı Gürcüstanda müqnaqişələrin nizamlanması məsələsi müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti