...

Bu gün Gürcüstan müxalifəti Tbilisidə beş müxtəlif yerdə piket keçirəcək

Siyasət Materials 13 Aprel 2009 18:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün Gürcüstan müxalifəti Tbilisidə beş müxtəlif yerdə piket keçirəcək. Aksiyanın təşkilat qərargahından verilən məlumata görə, Rustaveli prospekti bağlanacaq, sonra isə müxalifət liderlərinin bir hissəsi və nümayişçilər müxtəlif istiqamətlərdə yürüş edəcəklər. Onlar Avlabari iqamətgahında, Birinci kanalın binası önündə və "Rustavi-2" telekanalının qarşısında piket keçirəcəklər.

Həmçinin Tbilisi Dövlət Universitetinin birinci korpusunun yaxınlığında yerləşən Çavçavadze prospektinin də bağlanılması planlaşdırılır.

Müxalifətin aksiyası bu gün yerli vaxtla saat 3-də başlayıb. Müxalifət liderləri toplaşanları gələcək planlarının detalları ilə tanış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti