...

Azərbaycan Prezidenti BP-Azərbaycan şirkətinin prezidentini qəbul edib

Siyasət Materials 13 Aprel 2009 21:03 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də BP-Azərbaycan şirkətinin prezidenti Bil Şrederin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

BP-nin yüz illik yubileyi münasibətilə təbriklərini çatdıran İlham Əliyev bu tarixi günü təkcə BP-nin həyatında deyil, bütövlükdə neft sənayesinin tarixində əlamətdar gün kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycan hökuməti və şirkətlərinin BP ilə əməkdaşlığının bundan sonra da qarşılıqlı mənafeyə xidmət edəcəyini bildirib.

Şreder Azərbaycan Prezidenti ilə BP-nin şərəfinə keçirilən görüşdən məmnun olduğunu bildirib. BP Prezidenti Azərbaycanla faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti