...

Rusiyada Azərbaycan vətəndaşını 3,5 ton xaşxaş küləşi ilə birlikdə həbs ediblər

Siyasət Materials 14 Aprel 2009 13:11 (UTC +04:00)

"Sverdlovsk vilayətinin narkopolisləri bazar ertəsi konditer xaşxaşı adı altında satılan 4,5 ton xaşxaş küləşi götürüb. Narkotik vasitənin satışında şübhəli bilinən 9 nəfər saxlanılıb", - çərşənbə axşamı vilayət üzrə narkotiklərin dövriyyəsinə nəzarət üzrə RF-nin federal xidmət idarəsinin (RFFXİ) mətbuat xidmətindən məlumat verilib, RİA Novosti yazır.

"RFFXİ-nin Kamensk-Uralsk rayonlararasi şöbəsinin əməkdaşları tərəfindən yalançı konditer xaşxaşı adı altında xaşxaş küləşi satmağa çalışan qeyri-qanuni qrupun fəaliyyəti dayandırılıb. Əməliyyat nəticəsində səkkiz nəfər saxlanılıb, hərəsi 25 kq olmaqla 36 torba - ümumilikdə 900 kiloqram xaşxaş küləşi götürülüb", - məlumatda deyilir.

Bundan sonra narkopolislər daha bir şübhəli şəxs - Azərbaycan vətəndaşını həbs ediblər. Onun avtomobili və Yekaterinburqda icarəyə götürdüyü qarajlarda aparılan axtarış zamanı 3,525 ton xaşxaş küləşi, o cümlədən narkotik vasitəni qablaşdırmaq üçün iki dəzgah və polimer materiallar aşkar olunub.

RF CM-nin 228.1 3-cü maddəsinin "a" bəndinə (narkotik vasitələrin qrup şəkilində qeyri-qanuni istehsalı, satışı və ötürülməsi) əsasən cinayət işi qaldırılıb. Bu maddəyə əsasən, 20 il azadlıqldan məhrum edilmə və milyon rubla qədər cərimə cəzası nəzərdə tutulub", - mətbuat xidmətindən bildirilib.

Xaşxaş küləşi opiat qrupu - morfin və heroin hazırlanması üçün xamml kimi istifadə olunur.

Xəbər lenti

Xəbər lenti