...

Azərbaycan Prezidenti İsveçrənin Holsim Group şirkətinin başçısını qəbul edib

Siyasət Materials 14 Aprel 2009 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İsveçrənin Holsim Group şirkətinin idarə heyətinin sədri və baş direktoru Markus Akermanı qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı qeyd edib ki, dünya maliyyə böhranına baxmayaraq Azərbaycanda iqtisadi inkişaf prosesi sürətlə gedir, yeni iş yerləri açılır, ətraf mühitin qorunması üçün ciddi tədbirlər görülür.

Prezident bildirib ki, xarici sərmayələri cəlb etmək və əcnəbi şirkətlərin fəaliyyəti üçün Azərbaycanda əlverişli şərait yaradılıb. İlham Əliyev Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verən Holsim Group şirkəti ilə tərəfdaşlığın vacibliyini qeyd edib.

Markus Akerman Azərbaycandakı fəaliyyətlərindən məmnunluğunu bildirib.

Onun sözlərinə görə, şirkət keyfiyyətli məhsul istehsal etməklə və yeni texnologiyaları tətbiq etməklə ölkənin sürətli inkişafına yardım etmək istəyir.

Akerman Azərbaycanda əlverişli investisiya şəraitinin olduğunu və şirkətin gələcəkdə də ölkədə fəaliyyət gəstərəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti