...

Gürcüstan XİN-i ATƏT missiyasının ölkədə qalacağına ümid edir

Siyasət Materials 15 Aprel 2009 14:05 (UTC +04:00)
Gürcüstan XİN-i ATƏT missiyasının ölkədə qalacağına ümid edir

Gürcüstan, Tbilisi, 15 aprel / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstan XİN-i ümid edir ki, ATƏT-ə üzv ölkələr Yunanıstanın bu təşkilatın missiyasının Gürcüstanda saxlanılmasına dair yeni təklifini dəstəkləyəcəklər.

"Biz ümid edirik ki, ATƏT-in missiyası Gürcüstanda qalacaq", - deyə Xarici Siyasət İdarəsinin Siyasi Departamentinin direktoru Zurab Kaçkaçişvili bildirib.

Rusiya Federasiyasının XİN nümayəndəsi Andrey Nesterenko aprelin 9-da Rusiyanın ATƏT-in Gürcüstandakı missiyası ilə bağlı mövqeyini səsləndirib. O, belə bir müstəqil missiyanın Sxinvalidə də açılmasını tələb edib.

"Rusiya dəfələrlə ATƏT-in Gürcüstandakı missiyasının mandatının uzadılması istiqamətində müxtəlif tərəflərin səylərini məhdudlaşdırıb. Təəssüf ki, onun yalnız texniki cəhətdən uzadılmasına nail olunub. Bəzi hallarda Rusiyanın ATƏT-dəki nümayəndələri bu və ya digər məsələlərin müzakirəsində ümumiyyətlə iştirak etməyiblər", - deyə Kaçkaçişvili vurğulayıb.

Onun sözlərinə görə, "Rusiyanın əsas məqsədi avqust müharibəsi nəticələrinin leqallaşdırılmasından ibarət idi, lakin əlbəttə ki, ATƏT-in heç bir üzv ölkəsi bununla razılaşmadı".

"Bu gün hazırda ATƏT-ə sədrlik edən Yunanıstanın daha bir yekun təklifi var və biz ümid edirik ki, bu təklif təsdiq olunacaq", - deyə Gürcüstan XİN-in nümayəndəsi bildirib.

Məqalə müəllifi iləəlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti