...

Gürcüstan Prezidenti müxalifəti danışıqlar aparmağa çağırıb

Siyasət Materials 15 Aprel 2009 18:11 (UTC +04:00)
Gürcüstan Prezidenti müxalifəti danışıqlar aparmağa çağırıb

Gürcüstan, Tbilisi, 15 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili müxalifəti kürsü uğrunda mübarizə aparmağı dayandırmağa və danışıqlar masası arxasında əyləşməyə çağırıb. Bu barədə o, bu gün Axalsixidə əhali qarşısında çıxışı zamanı bildirib.

Saakaşvili Samtsxe-Cavaxeti regionunu təbii qazla təmin etməyə imkan verəcək qaz kəmərinin tikintisi ilə tanış olmaq məqsədi ilə oradadır.

"Biz xalqımızın problemlərini birgə həll etmək üçün danşıqlar masası arxasında əyləşməliyik", - deyə Saakaşvili bildirib.

Prezident "ehtiyacdan Tbilisi küçələrinə çıxan" insanları başa düşdüyünü bildirib. "Bu insanların yardıma ehtiyacı var və buna görə də biz birlikdə elə etməliyik ki, insanların yaşayışı yüngülləşsin", - deyə o, bildirib. 

Gürcüstan Prezidenti qeyd edib ki, Gürcüstan bir olarsa ona heç kim qalib gələ bilməz. "Bütün xarici və daxili təhlükələrin öhdəsindən gəlmək üçün biz bir olmalıyıq", - deyə o, qeyd edib.

Məqalə müəllifi iləəlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti