...

Moskvada Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb

Siyasət Materials 16 Aprel 2009 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend /

"Bu gün Moskvada, Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) əsas binasında Azərbaycan dili və mədəniyyəti mərkəzinin təntənəli açılışı olub", RİA Novosti xəbər verir. Mərasimdə MDLU-nun tələbələri, müəllimləri, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin nümayəndələri, Dövlət Dumasının deputatları, Azərbaycan diasporunun üzvləri, Bakı Slavyan Universitetinin rektoru və nümayəndə heyəti iştirak edib.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu qeyd edib ki, bu mərasim xüsusilə gənclər, tələbələr üçün vacibdir: "Yaşlı nəslə bizim kim olduğumuzu və hardan gəldiyimizi başa salmağa ehtiyac yoxdur, lakin iki yeni müstəqil dövlətdə yaşayan gənclərdə problemlər ola bilər... Ancaq biz qonşuyuq və gəncliyi qarşılıqlı hörmət və sevgi ruhunda tərbiyə etmək çox vacibdir. Səfirlik bu mərkəzin fəal inkişaf etməsi üçün hər şeyi etməyə çalışacaq".

Azərbaycanın Rusiyadakı diasporunun nümayəndəsi bu mərkəzin açılışını "həyata keçən arzu" adlandırıb və tədbirə toplaşanlar bu fikri həvəslə dəstəkləyiblər.

MDLU-nun rektoru İrina Xaleyeva məlumat verib ki, artıq üç ildən sonra Azərbaycan dilini bilən tərcüməçilər və regionşünaslar universitetin diplomunu alacaqlar. Onların uğurlu hazırlığına öz növbəsində MDLU-nun köməyilə yüksək ixtisaslı rus dili və ədəbiyyatının bilicilərini hazırlayan Bakı Slavyan Universitetinin rəhbərliyi böyük töfhə verib. Belə əməkdaşlıq və anlaşma bir-birinə dərin hörmət olmadan mümkün deyil.

XİN nümayəndəsi Xaleyevaya RF XİN-in başçısı Sergey Lavrovun adından təşəkkür məktubunu diqqətə çatdırıb. "Azərbaycan və Rusiya çox yaxşı, sıx münasibətlərlə bağlıdır və bu qarşılıqlı fəaliyyətdə əsas olan məqam humanitar əsasdır", - o qeyd edib. Dünyanın ən çoxxalqlı şəhərlərindən biri olan Moskvanın gələcəyini müxtəlif xalqlar arasında dostluq və ünsiyyət olmadan təsəvvür etmək olmaz.

Azərbaycan dili və mədəniyyəti mərkəzinin Azərbaycan prezidenti İlham Əliyevin Rusiya paytaxtına səfərindən öncə açılışı xüsusi önəm daşıyır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti