...

"Şərq tərəfdaşlığı" şərq ölkələrində sabitlik və sülh deməkdir – Latviya XİN-in rəhbəri

Siyasət Materials 16 Aprel 2009 15:30 (UTC +04:00)
"Şərq tərəfdaşlığı" şərq ölkələrində sabitlik və sülh deməkdir – Latviya XİN-in rəhbəri

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir Ü.Sadıxova /   

"Latviya Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramından şərq ölkələrində sabitlik və sülh gözləyir", - bu gün Latviya XİN-in rəhbəri Maris Riekstinş azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlardan sonra bildirib.

Polşa və İsveçin təşəbbüsü ilə yaranmış Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı altı postsovet respublikası - Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Ermənistan və Belarus ilə əlaqələrin genişləndirilməsini nəzərdə tutur.  

Riekstinş qeyd edib ki, Aİ altı şərq ölkəsi ilə əlaqələrini genişləndirə bilər. Onun sözlərinə görə, Latviya Azərbaycan-Aİ əlaqələrinin yaxşılaşmasının tərəfdarıdır və bunun üzərində çalışır.

"Bakıda baş tutan danışıqlarda Azərbaycan-Latviya əməkdaşlığının inkişaf perspektivləri və iki ölkə arasındakı iqtisadi əlaqələr müzakirə edilib", - Məmmədyarov jurnalistlərə bildirib.

Məmmədyarovun sözlərinə görə, nəqliyyat, İT və maliyyə institutlarının inkişafına həsr olunmuş biznes-forumda iştirak etmək məqsədilə sabah Latviyadan Bakıya 50 iş adamının gəlişi gözlənilir. 

Latviya Xarici Siyasət İdarəsinin rəhbəri Azərbaycanda iki günlük rəsmi səfərdədir. 

Məqalə müəllifi ilə əlaqə üvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti