...

Əfqanıstanın sabiq XİN rənbəri prezident seçkilərinə namizədliyini irəli sürüb

Siyasət Materials 16 Aprel 2009 15:58 (UTC +04:00)

Əfqanıstanın Milli Cəbhə partiyasının müşaviri bildirib ki, Abdullah Abdulah Milli Cəbhə partiyasından prezident seçkilərində iştirak edəcək. Bu barədə Əfqanıstanın "Avapress" xəbər agentliyi məlumat yayıb.

"Abdullah Milli Cəbhə partiyasının Rəyasət Şurası tərəfindən seçilib və partiya onu dəstəkləyəcək", - Milli Cəbhə partiyasının müşaviri Hüseyn Fazil Sənçarki bildirib.

Sənçarki əlavə edib ki, Əfqanıstanın sabiq xarici işlər naziri Abdullah ölkənin siyasi vəziyyəti ilə yaxından tanış olduğu üçün biz onu dəstəkləyirik.

Əfqanıstanda prezident seçkiləri avqustun 20-də keçiriləcək. İndiyədək prezident seçkilərində iştirak etmək üçün 10 nəfər namizədliyini irəli sürüb. Namizədlərin qeydiyyatı aprelin 25-dək davam edəcək. 

Xəbər lenti

Xəbər lenti