...

Iran digər ölkələrlə birgə hərbi təlimlər keçirməyə hazır olduğunu bildirib

Siyasət Materials 18 Aprel 2009 13:11 (UTC +04:00)
Iran digər ölkələrlə birgə hərbi təlimlər keçirməyə hazır olduğunu bildirib

İran Hərbi Dəniz Qüvvələrinin komandiri bildirib ki, İran digər ölkələrlə birgə hərbi təlimlər keçirməyə hazırdır. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"İran Silahlı Qüvvələrinin dünyanın bütün xalqlarına mesajı dostluq və sülhdür. Biz digər ölkələrlə birgə təlimlər keçirməyə və onların hərbi güclərinin artırılmasına dastək göstərməyə hazırıq", - deyə İran Hərbi Dəniz Qüvvələrinin komandiri general Həbibullah Səyyari İranda şənbə günü keçirilən Hərbi paradda jurnalistlərə bildirib.

Səyyari deyib ki, İran Silahlı Qüvvələri Fars Körfəzində sülh və dostluğun təminatçısıdır. "İran Fars Körfəzi ölkələrinin köməyi ilə regionun təhlükəsizliyini təmin etməyə qadirdir", - Səyyari qeyd edib.

Bu gün (18 aprel) İranda Silahlı Qüvvələr Günü münasibətilə hərbi parad keçirilir.

Xəbər lenti

Xəbər lenti